Qurğuşun turşusu batareyalarını niyə utilizasiya edilməlidir?
Qurğuşun turşusu batareyalarının utilizasiyası çox vacibdir. İstifadə olunmuş batareyaları utilizasiya etməsək, müəyyən zəhərli komponentlər ətraf mühitə və insan sağlamlığına potensial təhlükə yaradır. Düzgün utilizasiya ətraf mühitə qurğuşunun dağılmasını, qrunt sularına sulfat turşusunun sızmasını azaldır və lazımi şəkildə edildikdə ətraf mühiti qoruyub saxlamağa kömək edir.
Bununla belə, istifadə olunmuş qurğuşun-turşusu batareyalarının beynəlxalq standartlara uyğun olaraq utilizasiya edilməsi kiçik müəssisələrdə həyata keçirilə bilən sadə bir proses deyildir. İnsanlara və ətraf mühitə mənfi təsirlərin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. İstifadə olunmuş qurğuşun-turşu batareyalarının utilizasiyası ilə əlaqəli proseslər qurğuşun-turşu batareyalarının ekoloji cəhətdən sağlam idarə olunması üçün texniki qaydalar və standartlar mövcuddur. Yuxarıda qeyd olunmuş məlumatları nəzərdən keçirdikdən və dərin araşdırma apardıqdan sonra “AZMONBAT” MMC ölkəmizdə qurğuşun-turşulu akkumulyator tullantılarının utilizasiya zavodunu yaradmışdır. Bir çox inkişaf etmiş ölkələrdə bu kimi istehsal sahələrini nəzərdən keçirmiş və təcrübə mübadiləsi tərəfimizdən aparılmışdır.
Utilizasiya sahəmizdə istifadə müddəti bitmiş qurğuşun tərkibli akkumulayotor batareyaları ən son texnoloji avadanlıqlarının köməyi ilə ilk olaraq komponentlərə ayrılır, növbəti mərhələlərdə isə müəyyən ximyəvi və fiziki proseslərdən keçirilərək neytrallaşdırılır, zərərsizləşdirilir nəticədə yeni məhsul istehsalına tam yararlı yeni xammal şəklinə salınır. İstehsal olunan xammallar siyahısında külçə şəklində qurğuşun, polipropilen və kənd təsərrüfatı təyinatlı ammonium sulfat gübrəsi yer almışdır.
Yaradılmış istehsal sahənin illik utilizasiya gücü 30 000 ton tullantı akkumulyatoru təşkil edir, bu da statistik məlumatlara görə ölkəmizdə yaranan bu kimi tullantıların 80-85% i deməkdir. Fasiləsin utilizasiya prosesini təşkil etmək məqsədi ilə cəmiyyətimiz ölkəmizin bütün regionlarında müasir standartlara cavab verən yığım məntəqələri qurmağı planlaşdırır.